“e-Learning” və “e-Research” modelinin öyrənilməsi üzrə maarifləndirmə təlimləri təşkil edilib
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti “e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə təlimlərinin təşkili” layihəsi çərçivəsində maarifləndirmə təlimləri təşkil edib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihəyə İsmayıllı, Qəbələ və Şəkidə orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri qatılıblar.
Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, təlimlərdə müəllimlər, tələbələr, 10-11-ci sinif şagirdləri inkişaf etmiş dünya ölkələrində tətbiq olunan e-Research və e-Learning modeli və bu modelin metod və üsulları, həyata keçirilmə vasitələri, uğurlu praktikalar, e-Learningin üstünlükləri, e-Learning, e-Research mərkəzləri, eyni zamanda e-Learning və e-Research-in effektif tətbiq edilməsində İKT platformaları - kompüter proqramları haqqında bilik və informasiyalara yiyələnəcək və nəticədə ümumilikdə rayonda 90 nəfər təlim iştirakçısı gələcəkdə e-təhsil və e-araşdırmanı yayacaq təbliğatçılar olaraq hazırlanacaq və beləliklə, bu sahədə yeni bir təcrübənin əsası qoyulacaq:
“Rayonlarda keçirilən təlimlərin əsas hədəflərindən biri də təbliğat şəbəkəsinin qurulması, maarifçilik fəaliyyətinin genişləndirilməsi, şagird və müəllimlər üçün e-Learning və e-Research modelinin vacibliyini təlim iştirakçılarına çatdırmaqdan ibarətdir. Müasir dünyada insan kapitalının inkişafı məsələsi artıq böyük bir aktuallıq kəsb edir və bu məsələ ölkəmizdə respublika prezidenti tərəfindən yüksək səviyyədə dəstəklənir. İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması məsələsi Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında xüsusi yer tutur”.
Layihənin eksperti fəlsəfə doktoru Ruslan Rəhimli təlim çərçivəsində iştirakçılara ə e-Learning və e-Research metodlarının müasir dünyanın istifadə etdiyi innovativ vasitə olması və Azərbaycan təhsil müəssisələri, Tədqiqat institutları üçün vacibliyini nəzərə alaraq bu modellərin üstünlükləri və səmərəliliyi, həyata keçirilmə vasitələri, üsulları, dünya ölkələrindəki uğurlu praktikalar, Avropanın inkişaf etmiş e-Learning, e-Research mərkəzləri haqqında iştirakçılara ətraflı bilik və informasiyalar verib.
Bundan başqa, tədbir müddətində e-Learning və e-Research modelinin ölkə üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi, təhsil sisteminə tətbiqi yolları, iqtisadi səmərəliliyi mövzusuna toxunulub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL