waplog

Alimlər: “200 ildən sonra insanlar ölümə qalib gələ biləcək”


Yerusəlim Yəhudi Universiteti alimlərinin fikrincə, yaxın iki yüz ildə bəşəriyyət kompüter texnologiyalarının köməyi ilə ölümə qalib gələ biləcək. Onların sözlərinə görə, insanlar kiborqlara çevrilərək ölməyəcəklər. Tədqiqatçılar əmindir ki, bu addım Yerdə həyat təşəkkül tapandan sonra ən böyük inkişaf olacaq.
 
İnsan genetik mühəndislik və müxtəlif manipulyasiyalı orqanizmin köməyi ilə öz-özlüyündə ilahi varlığa çevrilərək əbədi yaşamağa başlaya biləcək. Biz bədəni yalnız qismən canlı olan kiborqlar olacağıq”, - universitet professoru Yuval Noy Harari hesab edir.
 
Onun fikrincə, insan ömrünün uzadılması məqsədilə müasir texnologiyalardan istifadə təbii addımdır.
 
“İnsanlar sadəcə olaraq onlar tərəfindən edilmiş elmi kəşflərin köməyi ilə yeni qabiliyyətlər əldə etmək imkanı qarşısında dura bilməyəcəklər”, - o bildirib.
 
Kembric Universitetinin neyrobioloqu Hanna Kritçlou da bu fikri bölüşür.
 
“Kompüter insana əbədi yaşamaq imkanı verəcək. Biz buna mürəkkəblik səviyyəsinə görə insan beyni ilə müqayisə edilə biləcək kompüter yaradanda nail olacağıq. İnsan kompüter daxilində yaşaya biləcək”, - neyrobioloq vurğulayıb.
 
H.Kritçlounun qənaətinə görə, kompüterlər yetərincə güclü olan zaman onlara insan ağlını yükləmək mümkün olacaq.
 
“Kompüterə şəxsiyyəti yükləmək üçün onun insan beyninin daxilində quraşdırılan bütün əlaqələri yenidən yarada bilməsi lazımdır. Biz 100 trilyon çarpaz birləşməni süni şəkildə yaratsaq, əbədi yaşaya biləcəyik”, - o əlavə edib.
 
Alim insanın öz beyin potensialının yalnız 10 faizindən istifadə etməsi fikri ilə razılaşmayıb.
 
“Adi rejimdə beyin aşağı sürətdə işləyərək konkret vaxtda müəyyən vəzifələr üçün lazım olan sahələrin fəaliyyətini genişləndirir. Lakin əslində beynin imkanları daha genişdir”, - H.Kritçlou qeyd edib.
 
Neyrobioloqun sözlərinə görə, beyin həmişə 100 faizlik işləsəydi, bu, problemlərə səbəb olardı.
 
“Bədənin təxminən 20 faiz enerjisini sərf edən beyin tam gücü ilə işləsəydi, insanlar artıq yükə dözməyərək tez məhv olardılar. Məhz buna görə beynimiz tam gücü ilə işləməməyə uyğunlaşdırılıb, - “ROSBALT” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL