waplog

“Sony” şirkəti qabaqcıl “Xperia Z3+” smartfonunu təqdim edib


“Sony” şirkəti qabaqcıl “Xperia Z3+” smartfonunu nümayiş etdirib.
 
“Sony Xperia Z3+” smartfonu səkkiznüvəli “Qualcomm Snapdragon 810” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 5,2 düymlük ekran, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Multimedia məzmunu microSD-un növbəli daşıyıcılarında 128 Qiqabayta qədər tutumla saxlamaq olar.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, smartfonun əsas kamerası “4K” videoçəkilişi funksiyası ilə təchiz edilmiş 20,7 meqapiksellik “Exmos RS” təsvir ötürücüsünə malikdir. Ön fotomodul 5,1 meqapiksel təsvir ölçüsünə malikdir. Aparat aşağıdakı simsiz rabitə texnologiyalarını dəstəkləyir: “4G LTE /3G HSPA+”, “Wi-Fi 802.11a /b/g/n/ac”, “Bluetooth 4.1” və “GPS/QLONASS”, “MHL 3.0” və “NFC”.
 
Təqdim edilmiş smartfon su və toza qarşı yüksək dayanıqlıq səviyyəsinə, “Sony DSEE HX” audiotexnologiyasına, “Stamina” rejimini dəstəkləyən 2930 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 5.0 Lollipop” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Yeni qurğu 2015-ci ilin iyunundan satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL