waplog

“Məhkəmələrin elektronlaşması vətəndaşların rahatlığına gətirib çıxardacaq”


“Azərbaycan məhkəmələrində günün tələblərinə uyğun olaraq elektronlaşma istiqamətində işlər aparılır. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur”.
 
 
Bu barədə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı danışıb.
 
O bildirib ki, görüləcək işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir:
 
“Elektron məhkəmə” Azərbaycan məhkəmələrinin gələcəyidir. Məhkəmələrin elektronlaşması, bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vətəndaşların rahatlığına və eləcə də məhkəmə işlərinin asanlaşmasına gətirib çıxardacaq”.
 
 
Məhkəmə sistemində aparılan işlər barəsində ətraflı məlumat verən R.Rzayev  bildirib ki, əsas məqsəd ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir”.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL