TASİM layihəsi İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində təqdim olunub
İsveçrənin Cenevrə şəhərində "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti-2015"-in silsilə tədbirlərinə start verilib. Sammit çərçivəsində Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin Telekom Planlaşdırma və Araşdırma İnstitutunun təşkilatçılığı ilə "Daha yaxşı sosial və iqtisadi inkişafa xidmət edən rabitənin qurulması: nailiyyətlər və niyyətlər" panel müzakirələri keçirilib.
Bu paneldə Azərbaycanın "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi dünya ictimaiyyətinə təqdim olunub.
Təqdimat zamanı TASİM katibliyinin rəhbəri Zaur Həsənov layihənin mahiyyəti, onun regionun 20 böyük və kiçik ölkələrinə verəcəyi faydadan, "cross-border PPP" fəlsəfəsinə tam cavab verəcəyi və yüzlərlə yeni elm tutumlu iş yerlərinin yaradılması barədə məlumat verib.
Z.Həsənov qeyd edib ki, TASİM layihəsi üzrə Xəzərətrafı ölkələr və beynəlxalq donorlarla intensiv danışıqlar davam edir. O, layihənin beynəlxalq ictimaiyyətdə müsbət qəbul edilməsinə daha bir sübut kimi TASİM-CAREC-SPECA əməkdaşlıq üçbucağının ciddi dəstəklənməsini nümunə gətirib.
Tədbirdə çıxış edən natiqlər, Çinin İnternet Cəmiyyətinin vitse-prezidenti Şi Xian Sheng, "Çin Telekom"un icraçı direktoru Charli Cao, BMT-nin Asiya və Sakit Okean hövzəsi üzrə Komissiyasının (UNESCAP) mütəxəssisi Kvanq Donq Kim və sair çıxışçılar TASİM layihəsinin yeni data mərkəzləri, internet mübadilə və bulud mərkəzlərinin yaranmasına, daha etibarlı və tutumlu xəttin qurulmasına, inşa olunmaqda olan Asiya Super İnformasiya Magistralına mühüm töhfə verəcəyini qeyd ediblər. Tədbirin sonunda Z.Həsənov internet vasitəsilə xarici ölkələrdən layihə ilə bağlı daxil olmuş sualları da cavablandırıb.
Növbəti gün isə ABS-ın "Intel" korporasiyasının vitse-prezidenti Jon Devis ilə TASİM katibliyinin rəhbəri arasında görüş keçirilib.
Görüşdə Z.Həsənov TASİM layihəsinin reallaşması istiqamətində atılan son addımlar barəsində ətraflı məlumat verib. Daha sonra tərəflər informasiya texnologiyalarının təhsil sisteminə verə biləcək fayda barədə fikir mübadiləsi aparıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL