waplog

İlin sonunadək Yer kürəsinin hər ikinci sakini internetdən istifadə edəcək


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2015-ci ilin sonunadək dünya əhalisinin təxminən yarısı (46,4 faiz) internetdən istifadə edəcək.
 
Hazırda planetdə 7,2 milyarda yaxın insan yaşayır. BTİ-nin gözləntisinə görə, 2015-ci ilin dekabrınadək internet istifadəçilərinin sayı 3,2 milyarda çatacaq. Burada əsas paya (2 milyard nəfər) inkişaf etmiş ölkələr sahib olacaq. Əhalinin ümumi sayının 940 milyon nəfər təşkil etdiyi nisbətən az inkişaf etmiş ölkələr  adlanan qrupda (Somali, Nepal və s.) internetə çıxış imkanına əhalinin yalnız 89 milyon nəfəri malik olacaq. Beləliklə, burada internetin nüfuzetmə səviyyəsi 9,5 faiz təşkil edəcək.
 
 
BTİ-nin hesabatında həmçinin qeyd olunur ki, hazırda ABŞ və Avropada hər 100 nəfərdən 78-i mobil internet istifadəçisidir. Qlobal miqyasda mobil abunəçilərin sayı ilin sonunadək 7 milyardı ötəcək ki, bu da Yer kürəsinin ümumi əhalisinin 97 faizinə uyğun olacaq.
 
Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə yalnız 738 milyon nəfər mobil rabitə istifadəçisi olub, internet istifadəçilərinin sayı 400 milyon təşkil edib.
 
 
Hazırda planetin əhalinin məskunlaşdığı ərazisinin 69 faizi “3G” şəbəkəsi ilə əhatə olunub (2011-ci ildə 45 faiz), lakin kənd yerlərində bu nüfuzetmə göstəricisi 29 faizdir.
 
Mütəxəssislərin proqnozuna görə, 2015-ci ilin sonunadək inkişaf etmiş ölkələrdə dünya ev təsərrüfatlarının 80 faizi internetə çıxış imkanı əldə edəcək. İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə bu pay göstəricisi 34 faiz təşkil edəcək. Bundan başqa, internetin daha çox Avropa ailələrində çəkiləcəyi (82,1 faiz) gözlənilir. MDB, Şimali və Cənubi Amerikada bu göstərici 60 faiz olacaq.
 
 
“Son 15 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində baş verən inqilab planetin misli görünməmiş inkişafına xidmət edib. İKT gələcəkdə inkişaf və yeni məqsədlərə nail olma proqramlarında daha mühüm rol oynayacaq, çünki dünya sürətlə rəqəmli cəmiyyətə doğru hərəkət edir”, - BTİ-nin İnkişaf Bürosunun direktoru Brahima Sanu deyib, - "DailyComm” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL