waplog

2015-ci ildə qlobal smartfon bazarında artım tempi 11,3 faiz yüksələcək


“IDC” analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə qlobal smartfon tədarükü 11,3 faiz yüksələrək 1,45 milyarda yaxınlaşacaq ki, bu da ötənilki artımdan 27,6 faiz azdır. Bütövlükdə bəzi ləngiməyə baxmayaraq, cari il və növbəti bir neçə ildə bir çox regional bazarlarda sabit müsbət dinamika saxlanılacaq və 2019-cu ildə qlobal smartfon tədarükü 1,9 milyardadək yüksəlməlidir.
 
 
Ekspertlər hesab edirlər ki, cari ildə smartfon bazarında iki mühüm hadisə baş verəcək. Birincisi, Çində “ağıllı” telefonların tədarük həcminin artımı ilk dəfə orta dünya göstəricisindən az olacaq və yalnız 2,5 faiz təşkil edəcək. İkincisi, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon seqmentinin artımı aşağı düşəcək.
 
“IDC”-nin analitikləri hesab edir ki, hər iki tendensiya 2019-cu ilədək davam edəcək.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqatı şərh edən “IDC”-nin analitiki Rayan Rit bildirib ki, birinci rübdə  Çin bazarında artıq illik hesablama üzrə smartfonların tədarükü azalıb. Mütəxəssisin fikrincə, ən böyük smartfon bazarı artıq elə bir mərhələyə çatıb ki, yüksək artım tempinə nail olmaq çətindir. Bu isə öz növbəsində “Android” aparat seqmentinə təsir edir, çünki Çin bu mobil platforma ilə işləyən smartfonlar üçün əsas bazardır.
 
 
Gözləntilərə görə, 2015-ci ildə dünya bazarına 1,15 milyard “Android” smartfon tədarük ediləcək və bu mobil ƏS-nin bazar payı 79,4 faiz təşkil edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL