Səhvləri üzərində çalışan robot təqdim olunub
ABŞ-ın Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sadə tapşırıqları yerinə yetirən zaman yol verdiyi səhvlər üzərində öyrənən robot yaradılıb.
Belə ki, “BRETT” adlanan robot oyuncaq təyyarə yığa, konstruktorun detallarını quraşdıra və ya butulka qapağını aça bilir. Proseslərin hamısında robot əvvəlki sınaqlarda buraxılan səhvləri nəzərə alır və manipulyatorların hərəkətinə düzəlişlər edir.
Alqoritmlərinin əsasını öz biliyini artırma sisteminin təşkil etdiyi robot əvvəlki təcrübələrdən nəticə çıxararaq proqram təminatını müstəqil şəkildə düzəldir ki, gələn dəfə qarşıya qoyulan vəzifəni düzgün yerinə yetirə bilsin.
Mühəndislərin fikrincə, gələcəkdə “BRETT” robotunun analoqları evi süpürmək və ya kirli paltarları yumaq kimi daha mürəkkəb əməliyyatları yerinə yetirə biləcəklər.
Hazırda robot tərəfindən asan əməliyyatın yerinə yetirilməsi prosesinə çox vaxt tələb olunur, lakin alimlərin qənaətinə görə, yaxın 5-10 ildə bu sahədə əhəmiyyətli irəliləyişə nail olunacaq, - "Delo” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL