waplog

Mobil qurğular eyni zamanda bir neçə “5G” baza stansiyasına qoşulacaq


İndi “LTE” şəbəkəsini dəstəkləyən smartfon eyni zamanda yalnız bir baza stansiyasından siqnal qəbul edə bilir. 2020-ci ilin sonunadək smartfonlar vasitəsilə mobil şəbəkəyə qoşulmaların sayı iki dəfədən çox artacaq və bu qurğular tərəfindən generasiya edilən trafikin həcmi 8 dəfə yüksələcək. Trafikin belə artımı zamanı indi tətbiq edilən texnologiyalar yüksək rabitə keyfiyyətini təmin edə bilməyəcək.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, kommersiya istismarı üçün beşinci nəsil şəbəkəsi 2020-ci ildən tez əlçatan olmayacaq. Ancaq “Ericsson” şirkəti artıq İsveç və ABŞ-da küçə və binalarda “5G” texnologiyasının sınaq şəbəkəsini istifadəyə verib. “Ericsson” şirkətinin ən yeni “5G” texnologiyaları mobil qoşulmanı fasiləsiz təmin edir və həm insanlar, həm də əşyalar üçün sürətli rabitə kanalları üzrə mobil qoşulmanı təmin edir.
 
“Ericsson” şirkətinin “5G” sahəsində ən yeni innovativ həlli “MIMO” (“Multipoint Connectivity with Distributed MIMO”) texnologiyasından istifadə nəticəsində beşinci nəsil mobil qurğuların eyni zamanda bir neçə “5G” baza stansiyasına qoşulmasını təmin edir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL