Mobil telefonların rüblük satış həcmi 2,5 faiz yüksəlib
“Gartner” tədqiqat şirkətində çalışan analitiklərin hesablamasına görə, 2015-ci ilin yanvar-martında son istehlakçılar ümumilikdə 460,3 milyon mobil telefon satın alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü (449 milyon) ilə müqayisədə 2,5 faiz yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti “dailcomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin diqqətini o çəkib ki, ötən rüb dünyanın on ən böyük mobil telefon istehsalçısı arasında Çinin beş və Hindistanın bir şirkəti yer alıb.
98 milyon aparat tədarük etmiş “Samsung” şirkəti mobil telefon satışı üzrə liderdir. Müqayisə üçün, bir il bundan əvvəl “Samsung” şirkətinin nəticələri 110 milyon aparat səviyyəsində olub.
60.2 milyon “iPhone” satmış “Apple” korporasiyası ikinci pilləni tutub.
“Microsoft” korporasiyası ötən rüb 33 milyondan bir qədər çox mobil telefon satıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL