waplog

Artıq "Ailə TV" abunəçiləri 81 deyil, 85 kanal izləmək imkanına malikdirlər


Kabel televiziyasının inkişafı və rəqəmsal texnologiyalara keçid bu gün Azərbaycanda prioritet istiqamətlədən biridir. Bu istiqamətdə kabel televiziyaları da müvafiq iş aparırlar.

"Ailə TV" də Azərbaycanda ilk rəqəmsal kabel televiziyası olaraq bu tip texnologiyaların inkişafı istiqamətində kifayət ciddi addımlar atır və uğurlar əldə edir.

Azərbaycanda kabel televiziyasının yaranma və fəaliyyət tarixi elə də uzun bir dövrü əhatə etməsə də, bu istiqamətdə "Ailə TV" tərəfindən kifayət qədər ciddi iş görülüb və bir çox uğurlar qeydə alınıb.

Qeyd etmək lazımdır ki, bu gün abunəçiləri maraqlandıran ən mühüm məsələ əlverişli qiymətə daha çox və daha keyfiyyətli kanallara baxa bilməkdir. Məhz bu məsələ "Ailə TV"-nin inkişaf strategiyasında ən mühüm istiqamətlərdən biridir.

Bazarda mövcud qiymətə (9 AZN) abunəçilərə daha çox kanal təqdim etmək və bu zaman keyfiyyətə xüsusi diqqət yetirmək kimi vacib məsələləri qarşısına hədəf qoyan "Ailə TV" yayım paketlərində mütəmadi olaraq kanalların sayının artırılması və bütün tele və radio yayımın optik-lif texnologiya üzərində qurulmasını öz siyasətinin vacib elementləri kimi nəzərdən keçirir.

Nəzərə alsaq ki, dünya praktikasında kabel televiziyasının yayımladığı kanalların sayı ümumilikdə 50-dən çox olmayıb, bu zaman ilk rəqəmsal kabel televiziya olan "Ailə TV"-nin abunəçilərə həm analoq, həm də rəqəmsal yayımda təqdim etdiyi 60 və 80-dən çox kanal ölkəmizdə kabel televiziyasının inkişaf etdiyini göstərir.

Hazırda "Ailə TV" Azərbaycanda abunəçilərə həm analoq, həm də rəqəmsal yayımda ən çox kanal təklif edən kabel operator televiziyasıdır və kanalların sayının artırılması istiqamətində daim iş aparılır.

Məhz bu işin məntiqi nəticəsi olaraq "Ailə" baza paketində yayımlanan kanalların sayı yenə də artırılıb və baza paketinə "TNT", "TV8", "FOX" və "Ailə TV Kinozal" kimi yeni kanallar daxil edilib. Artıq "Ailə TV" abunəçiləri rəqəmsal yayımda əvvəlki kimi 81 deyil, 85 kanal izləmək imkanına sahibdirlər.

Qeyd etmək lazımdır ki, məhz "Ailə TV"-nin optik-lif texnologiyaya əsaslanan tele və radio yayım sistemi rəqəmsal yayımda (sadə rəqəmsal və HD rəqəmsal) kanalların sayının mütəmadi olaraq artırılmasını mümkün edir.

Onu da bildirək ki, rəqəmsal baza paketinə əlavə edilmiş dörd yeni kanaldan biri olan "Ailə TV Kinozal" kanalı "Ailə TV" tərəfindən yayımlanan kabel telviziyasının kanalıdır və bu kanalda abunəçilər dünya kinosu ekrarınından ən son və ən maraqlı filmləri izləmək imkanına malikdirlər.

Kanallar paketində mütəmadi yeniliklərin edilməsi "Ailə TV" kabel operator televiziyasının həyata keçirdiyi siyasətin vacib bir hissəsidir və bu siyasət bundan sonra da davam edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL