Cənubi Koreyada dördüncü mobil operator fəaliyyətə başlayacaq
Koreya Respublikası hökuməti rəqabəti gücləndirməklə mobil rabitə tariflərini ucuzlaşdırmağı planlaşdırır. Bu məqsədə nail olmaq üçün ölkədə adı hələlik açıqlanmayan yeni - dördüncü mobil rabitə operatoru fəaliyyətə başlayacaq.
Bu barədə "Korea Herald" nəşri Elm, İnformasiya-Kommunikasiya Texnologiyaları və Gələcəyin Planlaşdırılması Nazirliyinə istinadən məlumat verib.
Hazırda Cənubi Koreyada üç operator (SK Telecom, KT Corp və LG Uplus) fəaliyyət göstərir. Lider "SK Telecom" mobil rabitə operatorudur. Hökumət nümayəndələrinin fikrincə, operatorların tarifləri istifadəçilər üçün bir qədər bahadır, buna görə də yeni operator, xüsusilə tezliklərin bölüşdürülməsində bir sıra imtiyaz və güzəştlərə malik olacaq. Bundan başqa, yeni operatora şəbəkəni mərhələli şəkildə qurmağa icazə veriləcək.
Bildirilir ki, rəqabəti gücləndirmək üçün görüləcək daha bir tədbir operatorların yeni tariflərinin təsdiq edilməsi prosesinin yenidən müzakirəyə çıxarılması olacaq. Hazırda onlar yeni tariflər üçün müraciət edərək sonradan onun təsdiqini gözləyirlər, buna da iki ayadək vaxt lazım olur. Təklif olunan islahatlara görə, bu müddət 15 günədək azaldılacaq ki, bu da operatorlara istehlak tələbatı dəyişikliklərinə daha operativ reaksiya verməyə imkan verəcək.
Təkliflərin son siyahısı iyunun sonunadək dərc ediləcək. Bunun üçün hökumət yeni planı ictimai müzakirəyə çıxarmağı planlaşdırır, - "Telekomza" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL