Bakıda neft-qaz sahəsində tətbiq olunan texnologiyalar nümayiş etdiriləcək
İyunun 2-dən 5-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən iri tədbiri - 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.
Sərginin təşkilatçısı “Iteca Caspian” şirkətindən verilən məlumata görə,ekspozisiya neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və digər tematik bölümlərdən ibarət olacaq. “Caspian Oil and Gas” sərgisinin ayrılmaz atributu texnoloji innovasiyaların nümayiş etdirilməsidir. Bu il sərginin həm daimi, həm də yeni iştirakçıları neft hasilatı sahəsində öz innovativ texnologiyalarını, neft-qaz sahəsində İT, qazmanın tamamlanmasından sonra quyuların təmizlənməsi texnologiyalarını və digər texnologiyaları təqdim edirlər.
Qeyd edək ki, “Caspian Oil and Gas” sərgi və konfransının ən son xəbərləri operativ surətdə http://www.cog.az və www.oilgasconference.az rəsmi veb-saytlarında yerləşdiriləcək. “Baker Hughes” şirkətinin sponsor dəstəyi ilə işlənib hazırlanmış mobil telefon təyinatlı tətbiqi proqram sayəsində planetin istənilən nöqtəsində “Caspian Oil and Gas” sərgi və konfransının bütün xəbərlərini oxumaq mümkündür.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL