waplog

Dərialtı çip dərhal qanı analiz edəcək


İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri dəri altına yerləşdirilən diaqnostik çip hazırlayıblar.
 
Real vaxt rejimində qanı analiz etmək və qanın tərkibində müxtəlif maddələrin olması barədə məlumatı dərhal əldə etmək üçün dərialtına qalınlığı cəmi bir kvadrat santimetr olan mikroçipi implantasiya etmək kifayət edir.
 
Qurğu qanda xolesterinin və qlükozanın səviyyəsini, eləcə də bəzi dərman preparatlarının tərkibini ölçə bilir. Mikroçipin daxilində idarəetmə bloku, altı sensordan ibarət dəst, smartfonla əlaqə üçün “Bluetooth”-adapter və induksion kontur yerləşir.
 
Belə konstruksiya kənar akkumulyatorun yerləşdirilməsinə ehtiyacın olması ilə əlaqədardır ki, batareyanın dəyişdirilməsi üçün hər dəfə dərini kəsməyə ehtiyac qalmasın. Batareya sadəcə dəriyə adi plastırla yapışdırılır.
 
Tədqiqatçılar artıq mikroçipi laboratoriya siçanları üzərində sınaqdan keçiriblər, insan üzərində sınaqlara isə yaxın beş ildə başlamaq nəzərdə tutulur, - "National Geographic”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL