waplog

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq



“BI Intelligence” analitik şirkəti dünya smartfonlar bazarına yekun vuraraq inkişaf etməkdə olan regionlar sayəsində onun artımını qeyd edib.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, 2014-cü ildə smartfonların qlobal miqyasda tədarükü ilk dəfə 1 milyardı ötərək 1,3 milyard təşkil edib ki, bu da əvvəlki ilə müqayisədə 29 faiz çoxdur. 2013-cü ildə bazarın artım tempi 45 faizə bərabər olub.
 
Şirkət smartfonların yaxın gələcək üçün satışları üzrə proqnozu yeniləyərək inkişaf etmiş ölkələrdə elektronikanın yenilənməsinin artması və inkişaf etməkdə olan regionlarda istifadəçilərin adi telefonlardan smartfonlara sürətlə keçməsinə düzəlişlər edib.
 
Bundan başqa, dünyadakı vəziyyətə Hindistan və Çinin smartfon bazarı təsir göstərəcək. Bu ölkələrin 2020-ci ilədək müvafiq olaraq ildə 31 və 8 faiz smartfon tədarükünü artıracağı gözlənilir.
 
Bu amilləri nəzərə almaqla il ərzində buraxılmış 2 milyard smartfon göstəricisinə artıq növbəti ilə nail olunacaq. Bu, 1 milyardlıq göstəriciyə nail olmadan daha tezdir. Analitiklərin proqnozuna görə, 2020-ci ildə bu qurğuların tədarükü 3,4 milyard ədədə çatacaq.
 
İnkişaf etməkdə olan tendensiyalardan biri ucuz smartfonların nüfuz etməsidir. Hazırda ucuz smartfonların dünyada mobil telefonların tədarükündə payı dörddə birə bərabərdir. Əməliyyat sistemi olmayan adi telefonların satışı yaxın beş ildə  orta hesabla 12 faiz azalacaq.
 
Lider mobil platforma “Android” olaraq qalır. "iPhone 6” modelinin satışa çıxarılması sayəsində “Apple” şirkəti “iOS” sisteminin payını 2014-cü ilin dördüncü rübündə 8 faiz artıra bilib, lakin “Android”in iştirak payı 77 faiz qalmaqla yüksək olub. 
 
İstehsalçılar arasında lider "Apple” və “Samsung” şirkətləridir. Cənubi Koreya şirkəti 2014-cü ilin oktyabr-dekabrında smartfonların tədarükünü ötən ilin analoji dövrünə nisbətən 7 faiz artırıb, “iPhone” istehsalçısı, əksinə, smartfonların buraxılışını 46 faiz artırıb.
 
“Apple” və “Samsung” şirkətlərinin ardınca bir neçə Çin şirkətinin daxil olduğu qrup gəlir. Hesabat dövründə Çinin beş böyük istehsalçısının qlobal smartfon bazarında payı iki il əvvəlki 18 faizə nisbətdə 24 faiz olub, - "DailyCommyazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL