ABŞ-da xüsusi xidmət orqanlarının telekommunikasiyalara nəzarətinə dair qanun imzalanıb
ABŞ Prezidenti Barak Obama xüsusi xidmət orqanları tərəfindən vətəndaşların telekommunikasiya aktivliyinə nəzarəti tənzimləyən "Azadlıq haqqında" aktı imzalayıb.
İmzalanmazdan əvvəl sənədi həmin gün Senat, mayın 13-də isə Nümayəndələr Palatası təsdiq edib.
İyunun 1-dək ABŞ-da 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra qəbul edilən "Vətənpərvərlik aktı" qüvvədə olub. Akt xüsusi xidmət orqanlarına elektron kommunikasiyalar vasitəsilə bütün bağlantılar haqqında geniş məlumat toplamağa icazə verib.
Yeni qanun hüquq-mühafizə orqanlarına rabitə operatorlarından vətəndaşın telekommunikasiya aktivliyi haqqında məlumatı yalnız order əsasında almağa imkan verir, - "Lenta" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL