waplog

Finlandiyada mobil qurğular üçün üzün tanınması sistemi hazırlanıb


Finlandiyada mobil qurğularda istifadə oluna biləcək insan sifətinin tanınması sistemi hazırlanıb. Sistemi Turku Universitetinin mütəxəssisi Olli Lahdenoya öz doktorluq dissertasiyası çərçivəsində yaradıb.  
 
Texnologiya, məsələn, “ağıllı” saatlar və smartfonlarda tətbiq edilə bilər. Çünki üzün tanınmasına cavabdeh modul bir mikrosxemdə yerləşir və az enerji sərf edir.
 
O.Lahdenoya tərəfindən təklif olunan sistem Finlandiyada 1996-cı ildə hazırlanan lokal binar şablonlar (Local Binary Pattern /LBP) metodikasına əsaslanır. Metodika obyektdə təsviri taparaq onun hansı əşyalar sinfinə aid olmasını müəyyənləşdirmək üçün hazırlanıb. Onun başlıca müsbət cəhətlərindən biri işıqlandırma şəraitindən və təsvirin parlaqlığından asılılığının olmamasındadır.
 
Tədqiqatçı doktorluq dissertasiyasında metodikadan mobil qurğularda istifadənin variantlarını nəzərdən keçirir.
 
 
“Üzün tanınması funksiyası vasitəsilə, məsələn, deyək, saat istifadəçi ona baxanda işləyə bilər. Bundan başqa, tanınmadan bu və ya digər internet servisinə daxil olmaq üçün istifadə etmək olar”, - alim bildirib.
O həmçinin əlavə edib ki, “LMP” metodikası hərəkət ötürücülərində də tətbiq edilə bilər, - “TASS” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL