waplog

Telefon xəttinin çəkilməsi üçün hansı halda boş port mövcud olmur?


Dünyanın bütün meqapolislərində olduğu kimi, Bakı şəhəri də böyüdükcə, əhalinin sayı artdıqca mənzillərinə telefon xətti çəkdirmək istəyən insanların sayı çoxalır.
 
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) də mənzillərin telefonlaşdırılması istiqamətində üzərinə düşən bütün vəzifələri vaxtında və təxirəsalınmaz tədbirlər vasitəsi ilə həyata keçirir.
 
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə açıqlama verən BTRİB-in baş direktorunun müavini Xankişi Kişiyev  bildirib ki, paytaxtın həm mərkəzində inşa edilən yeni binaların, həm də paytaxtın kənarda salınan qəsəbə və yaşayış məskənlərinin telefonlaşdırılması istiqamətində çox uğurlu fəaliyyət ortaya qoyulub. Onun sözlərinə görə, telefon xəttinin çəkilişində hər hansı bir yubanma halları baş verməyib.
 
 
“Əhali arasında belə bir fikir var ki, müraciətlər zamanı telefon xəttinin çəkilməsi üçün istifadəsiz-boş portların (blokların) olmadığı bildirilir. Bu nə qədər həqiqətə uyğundur?” – sualını cavablandıran X.Kişiyev bildirib ki, bir çox yaşayış məskənləri yeni salındığından və orada əhali, mənzil sayı sürətlə artdığından yeni avadanlığa ehtiyac duyulur. Bununla əlaqədar olaraq “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ATS-lər inşa edilir və əlavə avadanlıqlar quraşdırılır.
 
Onun sözlərinə görə, bu gün mənzillərə telefon xətlərinin çəkilməsində hər hansı bir problem yoxdur və əhali tərəfindən bununla bağlı edilən müraciətlər vaxtında həyata keçirilir: “Biz il boyu bu istiqamətdə gördüyümüz işlərə fasilə verməmişik. Müraciətlər qəbul olunan kimi mütəxəssislər tərəfindən əraziyə baxış keçirilir və lazım olan addımlar atılır. Əhalinin müraciətlərinə adekvat şəkildə cavab verməyə hazırıq”.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL