Dövlət Neft Fondu proqram təminatını yeniləyir
Azərbaycan Dövlət Neft Fondu ölkənin aparıcı İT şirkətlərindən biri olan “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti ilə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə şərtlərinə görə, “R.İ.S.K.” şirkəti Dövlət Neft Fondunda “Portfel İdarəetmə və Mühasibatlıq Sistemi” proqram təminatının quraşdırılması üçün tələb olunan avadanlıqların təchizatını və onların quraşdırılmasını həyata keçirməlidir.
Azərbaycan Dövlət Neft Fondu ilə “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti arasında imzalanan müqavilənin ümumi dəyəri 82 min 596 manat təşkil edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL