“Intel” şirkəti tibb və “Əşyalar interneti” sahəsində layihələri ilə bağlı planlarını açıqlayıb
Dünyanın aparıcı İT təsisatlarından biri olan “Intel” şirkəti tibb və “Əşyalar interneti” sahəsində layihələri haqda planlarını ictimaiyyətlə bölüşüb.
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Startup Village 2015” konfransının nəticələrinə görə, korporasiya Rusiyanı “Challenge Up!” beynəlxalq sammitində təmsil edəcək layihələrini elan edib.
Bu layihələr “Intel”in xüsusi nominasiyasında qalib gələn “VIS Cast” və “Oriense” layihələri olub.
“Biz sadəcə tədqiqat layihəsi axtarmırdıq, layihə istehlakçı tələbatına uyğun olaraq problemin həllini təqdim etməlidir”, - deyə “Intel Software” şirkətinin baş direktoru İqor Koloşin bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL