Yeni tədris ilində elektron dərslik saytına yerləşdiriləcək resursların sayı 80-ə çatdırılacaq
2014-2015-ci tədris ilində 50-dən artıq elektron dərslik “http://e-resurs.az” saytına yerləşdirilib. Yeni tədris ilində bu rəqəmin 80-ə çatdırılması nəzərdə tutulur.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bu fikri informasiya-kommunikasiya texnologiyaları savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılması mərasimində bildirib.
C.Bayramov təhsildə İKT-dən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, sözügedən tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlər barədə məlumat verilib. Bildirilib ki, ilkin olaraq 3320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət qiymətləndirilmədə iştirak edib.
Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüb.
Çıxışlardan sonra qiymətləndirmədən uğurla keçən iştirakçılara sertifikatlar, kompüterlər və “Prometan” lövhələr təqdim olunub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL