waplog

"Elektron Hökumət" bülleteni üzrə brifinq keçiriləcək


"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. 

Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, xarici ölkələrin "Elektron Hökumət" və  İKT sahəsindəki təcrübələri barədə xəbərlər və statsitik məlumatlar öz əksini tapır.
 
Bildiririk ki, 9 iyun 2015-ci il tarixdə saat 11:00-da "Elektron Hökumət" bülleteni üzrə brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Qeyd edək ki, iştirakçılara "Elektron Hökumət" portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunacaq.
 
Brifinq Məlumat Hesablama Mərkəzində keçiriləcək.
 
Ünvan:Azərbaycan, Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva kücəsi 185
Daha ətraflı məlumat almaq üçün press@rabita.az  e-poçt ünvanına müraciət edə bilərsiniz.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL