Bakıda yeni elektron tablolar quraşdırılıb
Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunları ilə bağlı yeni elektron tablolar tətbiq edib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verərək bildirdi ki, yeni elektron tablolardan sürücü eyni anda 5-6 məlumatı birdən əldə edəcək.
Belə ki, onlar bu tablolar vasitəsilə yoldakı vəziyyəti, sürət həddini, havanın temperaturunu, vaxtı, küləyin sürətini və bir neçə məlumatı görə biləcəklər.
N.Həsənov daha sonra bildirib ki, bununla bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) ümumi izləmə monitoru artıq yenilənib. Bu monitorlar daha böyük olmaqla sürücülərin onu daha aydın görməsinə şərait yaradır. Həmçinin belə bir tablolar Bakının şimal və cənub girişində də qurulub ki, paytaxta daxil olan sürücülərə istiqaməti və əlavə məlumatlandırılmada kömək olur.
Qeyd edək ki, yeni quraşdırılmış tablolardakı sarı işıq yoldakı sıxlığı, qırmızı işıq tıxacı, yaşıl işıq isə yolun boş olduğunu göstərir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL