ABŞ-da "DARPA Robotics Challenge” robotlar yarışı keçirilir
İyunun 5-6-da Kaliforniyada "DARPA Robotics Challenge” robotlar yarışı keçirilir. Turnirin təşkilatçısı kimi çıxış edən ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) mükafat fondu üçün 3,5 milyon dollar ayırıb.
Məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün ən yaxşı robotun müəyyənləşdirilməsidir.
Yarışda ümumilikdə dünyadan 24 komanda iştirak edir. Qalib maksimal qısa müddət ərzində verilən səkkiz tapşırığın (maşın sürmək, karanı fırlatmaq, divarı deşmək, pilləkənlə qalxmaq və s.) yerinə yetirilməsində ən yüksək göstərici nümayiş etdirə biləcək robot olacaq.
Qalib komanda 2 milyon dollar, gümüş mükafatçı 1 milyon dollar, bürünc mükafatçı 500 min dollar məbləğində mükafat alacaq. Yarış iştirakçıları fəaliyyətdə müəyyən müstəqilliyə malik olsalar da, ümumilikdə operator insanların nəzarəti altında işləyirlər. Dörd yarışın onlayn translyasiyası müsabiqənin saytında yayımlanır.
Pentaqon “DARPA Robotics Challenge” (DRC) proqramını 2013-cü ilin əvvəlində açıqlayıb. Hərbçilərin fikrincə, müsabiqə finalçısı fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı insanı tam əvəz etməlidir. Robot hamar olmayan yerlərdə və dağıntılar üzərində sərbəst hərəkət etməli, elektrik və adi alətdən istifadə etməyi bacarmalı, nəqliyyat vasitələrini idarə etməli və öz hərəkətlərinin hətta qeyri-peşəkar insan tərəfindən idarə edilməsi üçün müstəqil olmalıdır, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL