waplog

Birinci rübdə daşınan qurğuların satışı 200 faiz artıb


Daşınan elektron qurğular bazarında ardıcıl səkkizinci rübdür stabil artım qeydə alınır. Bu barədə "International Data Corporation" (IDC) tədqiqat şirkətinin hesabatında deyilir.
 
Bu ilin birinci rübündə satılan daşınan qurğuların sayı 11,4 milyon ədəd çatıb ki, bu da ötən ilin dördüncü rübündən 200 faiz (3,8 milyon ədəd) çoxdur.
 
Şirkətin daşınan qurğular bölməsinin elmi rəhbəri Ramon Lamasan sözlərinə görə, daşınan qurğulara tələbatın artması istehsalçıların müxtəlif qurğular buraxa bilmək qabiliyyətinə malik olmasından xəbər verir.
 
"IDC"nin baş analitiki Cayteş Ubrani daşınan qurğuların qiymətinin xeyli aşağı düşməsini qeyd edib.
 
"İndi biz görürük ki, qurğuların 40 faizindən çoxunun qiyməti 100 dollardan aşağıdır və bu, beş əsas istehsalçının cari ilin yanvar-martında bazarda ümumi payını ötən ilin birinci rübündəki üçdə iki hissədən üçdə dörd hissəyədək artırmasının səbəblərindən biridir", - o bildirib, - "Delo" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL