waplog

“Bakcell” şirkəti “LTE” şəbəkəsini bu ilin sonuna kimi 2 dəfə genişləndirmək niyyətindədir


Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti bu ilin sonuna kimi “4G-LTE” şəbəkəsini 2 dəfə genişləndirmək niyyətindədir. 

Şirkətin baş direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “4G” xidmətlərinin göstərilməsi “Bakcell” şəbəkəsində mobil internet trafikinin artımına müsbət təsir göstərib.
 
“Bu gün artıq “4G” xidmətlərinin istifadəçisinin sayı 10 min abunəçi təşkil edir. Gələcəkdə istifadəçi tələbatına uyğun olaraq biz “4G-LTE” şəbəkəmizi genişləndirmək niyyətindəyik və bu ilin sonuna qədər şəbəkənin iki dəfə genişləndirilməsi nəzərdə tutulub”, - deyə o qeyd edib. 
 
Qeyd  edək ki, yeni xidmət sayəsində "Bakcell" abunəçiləri ən müasir LTE şəbəkəsindən faydalanaraq irihəcmli faylları bir göz qırpımında yükləyib göndərə bilər. İstifadəçilər musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğu halda belə onlayn oyunlar oynaya biləcəklər.
 

"Şirkət yaxın bir ildə  2016-cı ildə bəzi regionlarda da "4G" xidmətləri göstərəcək. Hazırda isə şirkətin “4G” xidmətlərinin əhatə dairəsinə  Bakı və Abşeron daxildir”.
 
Aynur Vəliyeva
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL