waplog

“Bakcell” şirkəti “AppLab” proqramında qalib gəlmiş startap müəlliflərinə mükafatlar təqdim edib


“Bakcell” şirkəti “AppLab” proqramı çərçivəsində təqdim edilmiş uğurlu startap layihələrin qaliblərinə mükafatlar təqdim edib.


“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Riçard Şirer “AppLab” proqramı çərçivəsində bir çox layihə təqdim edildiyini və onların arasında iki layihənin daha maraqlı olduğunu bildirib.
 
“Proqram çərçivəsində 100-dən çox startap layihəsi və əlavə servis proqramları təqdim edildiyinə baxmayaraq məhz bu iki layihə qalib olaraq şirkət tərəfindən qəbul edilib. Bu xidmətlərdən artıq “Bakcell”in 1,2 milyon abunəçisi istifadə edə biləcək”, -  deyə R. Şirer qeyd edib.
 
“Bakcell”in digər nümayəndəsi Mark Zirka öz növbəsində “AppLab”  proqramının özünü doğrultduğunu bildirib.
 
Qalib layihələrdən biri “Beth Clip” adlanır və bir neçə telefonu olan abunəçilərə istənilən mesajı istifadəçinin əlaqə saxladığı insanlara yaymasına imkan verir.  Bu servis ilin sonuna kimi pulsuz şəkildə təqdim ediləcək. Həftənin sonunda servisin 8 mininci istifadəçisinin qeyd edilməsi nəzərdə tutulub.
 
İkinci layihə “Xərcim.az” adlanır. Bu xidmət bir neçə kredit və debit kartı olan istifadəçilərə bir servis üzərindən alış-veriş etməyə və istifadəçinin olduğu istənilən ticarət, xidmət məkanında təqdim edilən bonuslar, güzəştlər haqda məlumat əldə etməyə imkan verir.     
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL