Azərbaycanda 174 cinayət avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə açılıb
Mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Daxili İşlər Nazirliyinin (DİN) informasiya sistemlərinin tətbiqinin də böyük rolu olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri DİN-də keçirilmiş kollegiya iclasında Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski öz məruzəsində deyib.
E.Şəkinski bildirib ki, “102” xidməti və “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər “isti izlərlə” açılıb. Bununla yanaşı, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL