Cənubi Koreyada “MERS” koronovirusuna yoluxanlar mobil telefonlarla izləniləcək
Cənubi Koreya hökuməti “MERS” koronovirusuna yoluxmada şübhəli bilinən insanların olduğu yeri və onların təmaslarını mobil telefonlar vasitəsilə izləyəcək.
Bu barədə qərar xəstəliyə yoluxanların sayının artması fonunda qəbul olunub. Ölkənin Səhiyyə Nazirliyi 23 yeni yoluxma hadisəsi barədə məlumat verib. Xəstələnənlərin arasında ilk uşaq da var. Əvvəllər virusa həssaslıq yalnız böyüklərdə müşahidə edilib.
Xəstələrin ümumi sayı 87 nəfər, ölənlərin 6 nəfər təşkil edib.
Bildirilir ki, 2300 nəfər karantində olmalıdır. Onlardan bəziləri tibbi məntəqələrdə saxlanılır, lakin çoxu karantin dövrünü evdə keçirir. Səhiyyə Nazirliyi onları evlərini tərk etməməyə çağırır.
Təhsil Nazirliyi bu gündən 1869 məktəbin bağlanacağını bildirib.
Hazırda virusun qarşısını almaq üçün nə vaksin, nə də spesifik antivirus terapiyası mövcud deyil, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL