İnkişaf etməkdə olan ölkələrdə qadınların əksəriyyəti mobil telefonlardan istifadə edə bilmir
İnkişaf etməkdə olan ölkələrdə qadınlar mobil rabitədən kişilərə nisbətən az istifadə edir. Bu barədə BMT Radiosuna müsahibədə Mobil Rabitə Operatorları Assosiasiyasının nümayəndəsi Kler Sibtorp bildirib.
“Qiymətləndirməyə görə, gəliri aşağı olan ölkələrdə 1,7 milyard qadın mobil telefondan istifadə etmək imkanından məhrumdur. Kişilərlə fərq təxminən 20 milyon təşkil edir. Qadınlar mobil internet kimi yüksək texnologiyalı əlavələrdən istifadə məsələlərində xeyli geri qalır”, - o qeyd edib.
Bu və digər məlumatları Mobil Rabitə Operatorları Assosiasiyasının nümayəndələri BMT-nin Cenevrədə keçirilən yüksək texnologiyalardan istifadə üzrə konfransı zamanı səsləndiriblər.
K.Sibtropun sözlərinə görə, mobil rabitədən istifadə üzrə göstəricilər qadınların inkişaf etməkdə olan ölkələrdə hüquqlarının ümumi vəziyyətini əks etdirir, - BMT Radiosu yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL