E-gömrük istiqamətində təlim kursu keçirilir
Dövlət Gömrük Komitəsində elektron hökumət istiqamətində təlim keçirilib. Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində tətbiq olunan ən son yeniliklər, gömrük bəyannamələrinin tərtib edilməsi zamanı istifadə olunan yeni texnoloji sxem, komplekt halda (hissələr şəklində) gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları və onların statistikasının aparılması,ikili təyinatlı, icazə tələb olunan və ixrac nəzarətinə düşən malların bəyan edilməsində buraxılan tipik səhvlər, gömrükdə tətbiq olunan İKT vasitələri və s. mövzularla bağlı müzakirələrin aparılması nəzərdə tutulan təlim kursları iyunun 11-dək davam edəcək.
Gömrük bəyannamələrinin rəsmiləşdirilməsi ilə məşğul olan gömrük əməkdaşları və gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün keçirilən kurslarda bütün ölkəni əhatə edən gömrük mütəxəssisləri iştirak edib.
Təlim kurslarının əsas məqsədi bəyanetmə və gömrük rəsmiləşdirilməsi prosesində gömrük əməkdaşlarının və gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərinin üzləşdiyi çətinlikləri birgə şəkildə müzakirə etmək, onların aradan qaldırılması yollarını müəyyən etmək və bu yolla ticarətin asanlaşdırılması məqsədilə gömrük xidmətlərinin daha çevik və şəffaf təşkilini təmin etməkdir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL