waplog

Smartfonlarda gözün qüzehli qişasından ötürücü-skaneri kimi istifadəsi aktuallaşır


“Microsoft” şirkəti  “Lumia 940 XL” smartfonunda gözün qüzehli qişasının ötürücü-skanerini istifadə etmək niyyətindədir.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu ötürücünün istifadəsi ideyası yeni deyil.
 
Belə ki, bu yaxınlarda analoji ötürücü “Vivo X5 Pro” smartfonunda quraşdırılıb. Digər tərəfdən ehtimal edilir ki, “Lumia 940” smartfon modeli ənənəvi barmaq izi ötürücüsü  ilə bazara təqdim ediləcək.
 
Mütəxəssislərin qənaətincə, “Microsoft” bazarda identifikasiya sistemlərinin istifadəsi üzrə lider mövqeyini qoruyub saxlamağa çalışır.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL