waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən populyar elektron xidmətləri hansılardır?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) may ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətləri bəlli olub.
 
Bu müddətdə  nazirliyin portal vasitəsilə təqdim olunan  35 elektron xidmətindən 5-nə daha çox maraq göstərilib.
 
May ayında RYTN-in  e-xidmətləri arasında istifadə sayına görə  ilk pillədə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti qərar tutub. Portal istifadəçiləri sözügedən xidmətdən 90 352 dəfə yararlanıblar.
 
İkinci pillədə yer alan “Telefon nömrəsi üzrə axtarış” xidmətindən 67 897 dəfə faydalanılıb.
 
Üçüncü yerdə ildə isə 34 193 istifadə  sayı ilə “Mobil cihazların qeydiyyatdan keçirilməsi” e-xidməti qərarlaşıb.
 
Dörd və beşinci pillələri isə 33 520 və və 20430 istifadə sayına görə müvafiq olaraq “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri bölüşüb.
 
Statistik göstəricilərdən belə məlum olur ki, əhali Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı elektron xidmətlərindən istifadəyə daha çox meyil göstərirlər.
 
Onu da qeyd edək ki, RYTN-in “Elektron hökumət” portalı üzərindən göstərilən bütün elektron xidmətlərindən may ayında 257 231 dəfə istifadə edilib. Bu statistikaya əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron xidmətlərinə ən çox müraciət olunan qurumlar sırasında ikinci yeri tutub.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL