waplog

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mətbuat Xidmətinin Məlumatı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari məsələlər və onların icra vəziyyətinə dair kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir.

Nazir son illər həyata keçirilən geniş tədbirlər kontekstində göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artdığını, sektorun modernləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü qeyd etmişdir.

O, daha yüksək nəticələrin əldə edilməsi üçün həyata keçirilən layihələrin icrasının təmin edilməsinin vacibliyini vurğulamışdır.

Kollegiya iclasında genişzolaqlı rabitə xidmətləri, “AzDatakom” şəbəkəsi üzrə görülən işlər, “Elektron imza” nın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, “Elektron hökumət” proqramının icra vəziyyəti, “Rəqəmsal TV”-nin tətbiqi ilə bağlı məsələlərin icrası, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı cari vəziyyət, eləcə də, poçt sahəsində həyata keçirilən işlər, bu sahədə xidmət səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün yerlərdə nəzarətin gücləndirilməsi müzakirə olunmuşdur.

Qeyd olunan məsələlərlə bağlı birlik və müəssisə rəhbərlərinin məruzləri dinlənilmiş və gələcək perspektivlər barədə fikirlər söylənilmişdir. Sonda qarşıya qoyulan vəzifələrin icrası üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL