waplog

MDB üzv dövlətlərin Gömrük Xidməti rəhbərləri e-ticarətlə bağlı qərar qəbul etdi


Müstəqil Dövlətlər Birliyinin üzv dövlətləri elektron ticarət istiqamətində eyni fikrə gəliblər.
 
Qeyd edək ki, Qazaxıstanın Şimkent şəhərində MDB Üzv Dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 61-ci iclası keçirilib.
 
 İclasda gündəlikdə duran bir sıra məsələlərlə yanaşı, elektron ticarət mövzusuna da geniş yer verilib. Belə ki, “İnternet-ticarət üzrə gömrük əməliyyatları (gömrük rəsmiləşdirməsi) və gömrük nəzarəti ilə bağlı qaydaların təkmilləşdirilməsi üzrə MDB üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun MDB üzv dövlətlərin gömrük xidmətlərinin rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və tamamlanmış layihəsinin məqbul hesab edilməsi barədə qərar qəbul olunub.
 
Daha sonra, MDB üzv dövlətlərin gömrük xidmətlərinin fəaliyyətində risklərin idarəedilməsi sisteminin tətbiqinin nümunəvi qaydalarının layihəsinin hazırlanması və MDB üzv dövlətlərin gömrük xidmətlərində beynəlxalq müqavilələrin icrasının monitorinqi üzrə təcrübənin öyrənilməsinə dair Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatı nəzərə alınıb və Şura Katibliyinin qeyd olunan beynəlxalq müqavilələrin siyahısını MDB üzv dövlətlərin gömrük xidmətlərinə göndərməsinə dair qərar qəbul edilib.

 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL