waplog

Mədəniyyət və Turizm Nazirliyi yeni elektron xidmətlərini "Elektron Hökumət" portalına inteqrasiya edir


9 iyun 2015-ci il tarixində "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları arasında görüş keçirilib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov, Məlumat Hesablama Mərkəzinin "Yeni Texnologiyalar" şöbəsinin müdiri Çəmşid Naxçıvanski, "Veb proqramlaşdırma" şöbəsini müdiri Emin Novruzov və digər mütəxəssislər iştirak edib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin veb səhifələrində təqdim etdiyi elektron xidmətlərin "Elektron Hökumət" portalına inteqrasiya olunması istiqamətində müzakirələr aparılıb.

Görüş zamanı inteqrasiya olunacaq xidmətlərin təhlükəsizliyi, istifadə üsullarının portala uyğunlaşdırılması və səmərəliyinin artırılması məsələləri müzakirə edilib. Xidmətlərin portala inteqrasiyası üçün tələb olunan texniki şərtlər MHM-in əməkdaşları tərəfindən izah edilib.

Ç.Naxçıvanski müzakirə zamanı portala qoşulma ilə bağlı texniki tələbləri, xidmətlərin hazırlanması və "Elektron Hökumət" portalına inteqrasiya prosesini, məlumatların ötürülməsi mexanizmini, ortaya çıxa biləcək problemləri və həll yollarını qurum nümayəndələrinə bildirib.

E. Novruzov artıq portala bundan sonra inteqrasiya olunan xidmətlərin təhlükəsizlik və operativiyi ilə yanaşı, həmçinin dizayn formatının da müvafiq tələblərə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Q. Abbasov MHM-in əməkdaşlarına nazirliyin təqdim etdiyi elektron xidmətlər haqqında ətraflı məlumat verərək, xidmətlərin portala inteqrasiyası zamanı müəyyən imkanların portal tərəfindən yaradılmasını təklif edib.

Görüşün sonunda MHM-in aidiyyatı mütəxəssislərinin yaxın günlərdə quruma göndərilməsi və ilkin texniki hazırlıqlara başlanması qərara alınıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL