Dünyanın ilk şəffaf “OLED” displeyi yaradılıb
“Samsung Display” şirkəti Honkonqda "Retail Asia Expo 2015” tədbiri çərçivəsində qeyri-adi xüsusiyyətlərə malik iki yeni “OLED” displey təqdim edib. Onlardan biri şəffaf, digəri güzgülüdür. Dünyada “OLED” texnologiyası ilə hazırlanan ilk displeylər əsasən kommersiya bazarı üçün nəzərdə tutulub. Güzgülü displey geyim mağazalarında paltardəyişmə otağında faydalı ola bilər.
Mövcud maye-kristal güzgülü displeylərlə müqayisədə Cənubi Koreya istehsalçısının yeni “OLED” paneli 50 faiz yüksək əksetməyə, geniş rəng diapazonuna, yüksək kontrastlığa və sürətli reaksiyaya malikdir.
Bütün bu xüsusiyyətlər dəqiq və dolğun təsvir əldə etməyə imkan verir. Bundan başqa, “OLED” displeylər informasiyanın yaxşı görünməsi üçün analoq maye-kristal panellərdən fərqli olaraq kənar işıqlandırma tələb etmir. İstehsalçı ekranın diaqonalı və təsvir ölçüsü barədə məlumatı açıqlamayıb.
Öz növbəsində şəffaf displeydən avtomobil salonlarında, hipermarketlərdə informasiya stendlərində, səhiyyə müəssisələrində, hotellərdə və ictimai nəqliyyatda istifadə oluna bilər.
Maye-kristal texnologiyalı mövcud displeylərlə müqayisədə şəffaf “OLED” displey 4,5 dəfə keçiciliyə malikdir. Güzgülü displeyin təsvir ölçüsü 1920 x 1080 piksel təşkil edir. Diaqonal barədə məlumat verilmir.
“Samsung” yeni displeyləri inteqrasiya edilmiş “Intel RealSense” sistemi ilə tədarük etməyi planlaşdırır. “Microsoft Kinect” oyun konsolunun analoqu olan sistem əl hərəkətləri ilə multimedia sistemini idarə etməyə imkan verir.
İstehsalçı təqdim olunan displeylər üçün sifarişlərin verilmə vaxtı barədə məlumatı dəqiqləşdirməyib, - "CNews www.cnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL