waplog

Mühəndislər sudan kompüter prosessoru yaradıblar


ABŞ-ın Stenford Universitetinin alimləri ferromaqnit maye və hidrodinamika sahəsində kəşflərdən istifadə edərək yeni tip kompüter prosessoru yaradıblar.
 
Ənənəvi prosessorlardan fərqli olaraq qurğuda məlumatların ötürülməsi üçün elektrik əvəzinə maqnit nanohissəciklərin əlavə olunduğu dövr edən maqnit sahəsində olan su damcılarından istifadə olunur. “İ” və “T” hərf formasında hərəkət edən metal elementlər sahənin quruluşuna təsir edərək mayeni hərəkət edəcəyi istiqamətə yönəldir.  
 
Qurğu adi kompüterlərin etdiyi hesablama əməliyyatlarını aşağı sürətlə yerinə yetirə bilir. Alimlər qeyd edir ki, onların ənənəvi prosessorların rəqibini yaratmaq və ondan mətnli redaktorlar kimi müxtəlif əlavələrin işə salınması üçün istifadə etmək fikirləri olmayıb. Onlar bu kəşfi maddi substansiyalara yüksək dəqiqliklə nəzarət edən və onlarla müxtəlif manipulyasiyalar həyata keçirən hesablama maşınlarının yeni sinfi hesab edirlər.
 
Mütəxəssislərin fikrincə, belə qurğular müxtəlif sahələrdə, o cümlədən biologiya və kimyada faydalı ola bilər. Məsələn, qurğudan hər su damcısını içinə bu və ya digər kimyəvi reaktivlə doldurulmuş sınaq şüşəsinə çevirərək ondan mini-laboratoriya kimi istifadə etmək olar, - “Lenta” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL