Azərbaycanlı məktəbli informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə beynəlxalq mükafata layiq görülüb
Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb.
2013-cü ildə "Microsoft Azerbaijan" şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçən H.Hacıyev "BakuTel-2013" 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində "Ən gənc və fəal Windows eksperti" sertifikatına layiq görülüb.
O, Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının "Advanced Master" səviyyəsini qazanmağa nail olub.
Təhsil Nazirliyindən qeyd edilib ki, H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi YUNESKO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də YUNESKO-nun "Qloballab" layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub. "Qunduz 2014" Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib.
Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi layihə üzərində işləyir. O, təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə məşğul olur.
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə cari ilin avqust ayında təqdim olunacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL