DSK: “Muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsinin payına düşür”
Dövlət Statistika Komitəsi ötən ay üçün növbəti statistik göstəricilərini açıqlayıb. Göstəricilərdən bəlli olub ki, Azərbaycanda informasiya və rabitə sahəsi həm işçilərin sayına, həm də aldıqları əmək haqlarına görə ön sıralarda dayanır.
DSK-nın sözügedən statistik göstəricisinə görə, 2015-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub. Onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə sahəsində, 12,1 faizi sənayedə və 17,9 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
2015-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 452,3 manat olub. İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL