I Avropa Oyunları ilə əlaqədar ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb
Azərbaycanda nağdsız ödənişlərin tam şəkildə və vaxt itirmədən, o cümlədən maneəsiz olaraq reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Bununla paralel olaraq I Avropa Oyunları ərəfəsində ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənildiyi üçün onların artan tələbatını qarşılamaq məqsədi ilə növbəti addımlar atılıb.
Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, respublikamızda ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Belə ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.
Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL