“Bakı 2015” və "Nar" onlayn bilet alan yerli tamaşaçılar üçün sonuncu şanslı qalibi elan edib
“Bakı 2015” və rəsmi tərəfdaş "Nar" cənab Fuad Həsənovun Avropa Oyunlarının dördüncü və sonuncu şanslı qalibi olduğunu elan edib.
Bilet nömrəsi cənab Fuad Həsənovun bəxtinə təsadüfi çəkilişlə düşüb və o, Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan "Nar"-dan “iPhone 6+”, “iPad Air 2”, “3G Nar” internet paketi, xüsusi nömrə və nəhayət, ömürlük danışıq paketi qazanıb.
“Bakı 2015”-in “Şanslı qalib” kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi qiymətli hədiyyələr üzrə keçirilir.
Əvvəlki şanslı qaliblərə Azərbaycan Hava Yolları tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznes-klass, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi, “Tissot”un xüsusi hazırladığı kişi və qadın saatı, bütün ailə üçün "P&G" məhsullarının illik tədarükü təqdim edilib.
Bütün şanslı qaliblər “Bakı 2015”-in Açılış və Bağlanış mərasimlərinə iki VİP bilet qazanıblar.
Şanslı qalib cənab Fuad Həsənov bildirib: “Mən idman azarkeşiyəm və ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün möhtəşəm fürsət oldu. Lakin belə möhtəşəm hədiyyəni udmaq gözlənilməz idi! Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru "Nar"dan ömürlük danışıq paketi qazanmaq mənim üçün böyük dəyişikliklər edəcək. “Bakı 2015”-in Açılış və Bağlanış mərasimlərini səbirsizliklə gözləyirəm”.
"Nar"ın icraçı direktoru Kent MakNili bildirib: “Bakı 2015 Avropa Oyunları ölkəmiz üçün tarixi anlar yaşadacaq və "Nar" “Şanslı qalib” kampaniyası vasitəsilə Azərbaycan xalqına həyəcanlı anlar yaşatdığı üçün fəxr edir”.
“Bakı 2015”-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:
“Cənab Fuad Həsənovu Bakı 2015-in sonuncu şanslı qalibi olduğu üçün təbrik etmək istərdim. Belə bir təbliğat Azərbaycan ictimaiyyəti arasında marağa səbəb olub və biz ilk Avropa Oyunlarına göstərdiyi davamlı dəstəyə görə "Nar"a minnətdarlığımızı bildiririk”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL