Çin 2020-ci ilədək elektrik mühərrikli telekommunikasiya peyki buraxacaq
Çin Kosmik Texnologiyaların Tədqiqi İnstitutunun məlumatına görə, Çin elektrik mühərriki ilə işləyən ilk telekommunikasiya peykini 2020-ci ildə buraxmağı planlaşdırır.
İnstitutun telekommunikasiya peykləri üzrə baş konstruktorunun müavini Van Min bildirib ki, Çin peyklər üçün ABŞ, Rusiya, Avropa və Yaponiyadan sonra elektrik mühərriklərin yaradılması texnologiyasını hazırlayıb. Onun sözlərinə görə, perspektivdə ölkə beynəlxalq elektrik telekommunikasiya peykləri bazarında yeni oyunçu olacaq.
Qeyd olunur ki, 2020-ci ildə buraxılacaq peyk ölkə ərazisində və ətraf regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulacaq.
Bundan başqa, 2016-cı ildə Çin kimyəvi və elektrik mühərrikli qurğularla təchiz edilən telekommunikasiya peyki buraxmağı planlaşdırır. Bununla yanaşı, elektrik mühərrikləri gələcək Çin Kosmik Stansiyasında da tətbiq olunacaq.
V.Min vurğulayıb ki, elektrik mühərriklərinin tətbiqi kosmik aparatların çəkisini, yanacaq xərclərini, eləcə də buraxılışların maya dəyərini xeyli azaltmağa imkan verir.
Alimlərin proqnozuna görə, elektrik mühərriki ilə işləyən telekommunikasiya peykinin layihə üzrə istismar müddəti 18-20 il təşkil edəcək ki, bu da hazırkı aparatların istismar müddətini 3-5 il üstələyir.
Kosmik Texnologiyaların Tədqiqi İnstitutu qarşısına 2020-ci ilədək gücü 50 kVt təşkil edən elektrik mühərrikinin ərsəyə gətirilməsi vəzifəsini qoyub. 40 belə elektrik mühərriki ilə təchiz edilən 300 tonluq kosmik gəmi Yerdən Marsa təxminən 200 günə uça biləcək, - “BELTA” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL