waplog

“Motorola Solutions”in nümayəndələri Avropa Oyunlarının radiokommunikasiya təchizatı ilə tanışlıq turu keçirib


Bu gün Bakıda  “Motorola Solutions” şirkətinin təşkilatçılığı ilə “Baku-2015”  I Avropa Oyunlarının radiokommunikasiya təchizatı ilə tanışlığa həsr olunmuş tur keçirilib.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin  (BEGOC) kommunikasiya baş meneceri Mark Qrin-Sims Avropa Oyunlarının fasiləsiz və effektiv kommunikasiyalarla təchiz edilməsi üzrə tələblərin icmalını təqdim edib.
 
O bildirib ki, bu cür irimiqyaslı tədbirlərin keçirilməsində radiokommunikasiyalar vacib rol oynayır və müxtəlif arenalar arasında əlaqə saxlamağa imkan verir.
 
“Avropa Oyunlarının təşkilat komitəsinin məhz bizim şirkəti seçməsi təsadüfi deyil. Çünki məhz “Motorola”nın təqdim etdiyi həllər bu cür tədbirlərin bütün tələblərinə cavab verir. Əsas üstünlük və fəaliyyət istiqaməti insanların təhlükəsizliyini təmin etməkdir", - deyə Qrin qeyd edib.

“Motorola Solutions” şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Aksel Rettinq öz növbəsində  şirkətin Bakıda keçirilən Avropa Oyunları üçün tətbiq etdiyi həllərin icmasını təqdim edib və “Bakıda radiokommunikasiyalar bazarının perspektivləri və əsas tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.
 
Sonda tədbir iştirakçıları Milli Gimnastika Arenasında yerləşən radiokommunikasiyaların idarəetmə mərkəzini ziyarət edərək yaradılmış şəraitlə tanış olacaqlar.
 
Aynur Vəliyeva 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL