Daha iki Avropa ölkəsi “Apple Pay” servisini qəbul edəcək
Bu həftə "Apple" şirkəti Böyük Britaniyada "Apple Pay" mobil ödəniş servisinin istifadəyə verilməsi ilə bağlı məlumat yaydıqdan sonra daha iki Avropa ölkəsinin - Slovakiya və Çexiyanın servisi qəbul etməyə hazır olması məlum olub.
Bu region texnologiyalar dünyasında ənənəvi diqqət mərkəzində olmasa da, Slovakiya və Çexiya mobil ödəniş servisini sınaqdan keçirir. Ölkələr bundan əvvəl innovasiyalar, o cümlədən mobil telefonlar və "ağıllı" saatlar vasitəsilə ödəniş üsulları üçün açıq olduğunu bəyan ediblər.
"İki yeni ödəniş üsulu hər iki ölkədə istifadəyə veriləcək. Onlardan biri bizim "Apple Pay" ilə əməkdaşlıqda hazırladığımız "MDES" sistemidir", - "MasterCard Europe" şirkətinin mobil ödənişlər və innovasiyalar üzrə vitse-prezidenti Riçard Valitsa deyib.
Vitse-prezident qeyd edib ki, Çexiya "Apple" üçün xüsusi maraq kəsb edə bilər. Ölkədə tranzaksiyaların təxminən 70 faizi mobil internet vasitəsilə həyata keçirilir. Kontaktsız ödənişlərdən Çexiyada 2008-ci ildən istifadə olunmağa başlayıb, lakin ABŞ-dakı kimi zəif inkişaf edib. 2014-cü ilin sonunda ölkədə 3,2 milyondan çox kontaktsız kart buraxılıb.
Xatırladaq ki, bu həftənin əvvəlində San-Fransiskoda keçirilən ümumdünya tərtibatçılar konfransında "Apple" yenilənmiş "Apple Pay" ödəniş sistemini nümayiş etdirərək onun Avropa bazarına çıxarılmasını bəyan edib, - "Payspacemagazine" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL