waplog

Microsoft” şəxsi brendi altında planşet istehsal edəcək


“Microsoft” “Texas Instruments” şirkəti ilə planşet kompyuterinin yaradılması imkanını nəzərdən keçirir.
Şayiələrə görə, “Microsoft”un ticarət markası altında buraxılacaq qurğu bazara növbəti ilin sonunda çıxarılacaq. Bu layihədə korporasiyanın partnyoru Tayvan istehsalçıları olacaqlar.
Planşetin texniki xüsusiyyətləri haqqında informasiya hələ ki yoxdur.
Müşahidəçilər güman edirlər ki, qurğunun əsasını bir həftə öncə təqdim edilmiş TI OMAP4470 prosessoru təşkil edə bilər.
Proqram platforması kimi MS-planşet “Windows 8”-dən istifadə edəcək; əməliyyat sistemi sensor ekranlar üçün optimallaşdırılmış interfeys, Internet Explorer 10 brauzeri və ARM prosessor dəstəyi əldə edəcəkdir. Platformanın buraxılışı 2012-ci ilə nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL