waplog

Hakim “Google” və “Oracle” rəhbərlərindən aralarındakı fikir ayrılıqlarını həll etməyi tələb edib


Məhkəmə qətnaməsinə əsasən, “Google” şirkətinin icraçı direktoru Larri Peyc və “Oracle” şirkətindən onun kolleqası Larri Ellison aralarındakı patent problemlərini həll etmək üçün görüşməlidirlər.

Hakim Pol Qryuvalın qərarına əsasən, görüş tarixi sentyabr ayının 19-na təyin edilib. Patent münaqişəsi haqqında Şimal federal dairəsi üzrə ABŞ Dairə Məhkəməsinin növbəti iclası oktyabr ayında olacaq.

2010-cu ilin avqust ayında “Oracle” məhkəməyə iddia verib. İddiaya əsasən, o, “Google”-u “Android” mobil platformasında “Java” texnologiyasının qeyri-qanuni istifadəsində ittiham edib.

“Java” texnologiyası “Sun Microsystems” tərəfindən hazırlanıb və 2010-cu ilin yanvarında “Sun Microsystems” şirkətini aldıqdan sonra bu texnologiya “Oracle” mülkiyyətinə keçib.

“Oracle” vurulmuş zərərin kompensasiyası kimi “Google” şirkətindən 2,6 milyard dollar dəyərində məbləğ ödəməsini tələb edir. “Google” isə bunu əsassız adlandırıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL