Azərbaycanda 30 saniyəyə onlayn kredit almaq mümkünləşib
Azərbaycanda onlayn şəkildə kredit alışı daha da asanlaşdırılıb. Ölkədə internet istifadəçilərinin sayının çoxluğu və onlayn kredit əldə edənlərin artması nəzərə alınaraq bu istiqamətdə tətbiq olunan şərtlər və prosedur qaydalarında yüngülləşdirmə işləri aparılıb.
Qeyd edək ki, ölkədə kredit məhsullarının axtarışını və müqayisəsini rahat və səmərəli şəkildə həyata keçirmək üçün istifadəyə verilən “Alkredit.az” saytı müştəri məmnunluğunu artırmaq üçün bir sıra addımlar atıb. Bu xidmət vasitəsilə banklardan kredit almaq istəyən vətəndaşlar müxtəlif bankların kredit şərtləri ilə yaxından tanış olaraq, onları müqayisə edə və uyğun kreditə asanlıqla müraciət ünvanlaya bilərlər. Vətəndaşların kreditə müraciətini daha da asanlaşdırmaq məqsədilə “Xərcim.az”, “Alkredit.az” şirkəti ilə partnyorluğa start verilib.
“Xərcim.az” layihəsi hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə qənaətetmə yolları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Artıq “Xərcim.az” istifadəçiləri də cəmi 30 saniyə ərzində rahatlıqla kredit kartı sifarişi edə bilər.
Bunun üçün “Xərcim.az” tətbiqinə daxil olaraq, “kart əlavə et” pəncərəsi seçilməlidir. Açılan səhifədə “Alkredit” bölməsinə keçərək, tələb olunan kartı seçmək və tələb olunan formanı doldurmaq kifayət edir.
Hazırda tətbiq vasitəsilə yalnız bank kredit və taksit kartlarına müraciət etmək mümkündür.
Əsas üstünlük isə ondan ibarətdir ki, bütün əməliyyatları mobil tətbiq üzərindən həyata keçirməyin mümkünlüyü zamana daha çox qənaət etmək imkanı verir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL