“Google” şəhərlərin quruluşunun təkmilləşdirəcək
ABŞ-ın "Google Inc." internet şirkəti şəhərlərin quruluşunun təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi üçün bölmə yaradıb.
Şirkətin baş direktoru Larri Peycin sözlərinə görə, yeni "Sidewalk Labs" bölməsi diqqəti şəhərlərdə texnologiyaların inkişafı və tətbiqi sayəsində yaşayış xərcləri, nəqliyyat sistemlərinin effektivliyi və elektrik enerjisindən istifadə kimi məsələlərin həlli üçün həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldəcək.
O qeyd edib ki, urbanistikada texnologiyaların təkmilləşdirilməsi dünyada milyardlarla insanın həyatını yaxşılaşdıra bilər.
"Sidewalk Labs"ın direktoru vəzifəsinə Nyu-York merinin iqtisadi inkişaf və tikinti məsələləri üzrə keçmiş müavini Deniel Doktoroff təyin ediləcək. Ötən ilin sonunadək D.Doktoroff "Bloomberg" informasiya agentliyinə rəhbərlik edib.
Onun sözlərinə görə, "Sidewalk Labs" dünya şəhərlərində tətbiq edilə biləcək texnologiya, platforma və müasir infrastrukturun inkişafında mühüm rol oynayacaq, - "Interfax" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL