waplog

Əməkdaşlar stabillik və rəsmi işəgötürməni qiymətləndirir


İşləyən mütəxəssislərin əksər hissəsi işəgötürəni əmək məcəlləsinə əməl edən və stabil işə zəmanət verən şirkətə dəyişməyə hazırdır.

“Kelly Services” və “Job.ru” şirkətləri tərəfindən keçirilən tədqiqatın nəticələrinə görə, çalışan əməkdaşların 73 faizi yeni işdə maraqlıdır. Onlar hazırkı işəgötürəndən tam razı olmamasına, artan iş yükü və ya gəlirin azalmasına görə yeni iş yeri axtarışındadırlar. Digərləri yeni işi işdən uzaqlaşdırmadan və ya əmək şəraitinin pisləşməsindən ehtiyat edərək hər ehtimala qarşı axtarırlar.
 
Ənənəvi formalarla yanaşı, bu gün şəraitin pisləşməsi, qeyri-rəsmi işəgötürmə və ya hazırkı işəgötürəndə sosial zəmanətlərin olmaması işdən getməyə səbəb ola bilər. Bu faktorların əhəmiyyəti iqtisadi sabitlik olmayan dövrdə daha da artır.
 
Bundan əlavə, işəgötürənin seçim kriteriləri dəyişib. Hazırda işçilərin çoxu şirkətin stabilliyinə, qanunvericiliyin əməl olunmasına, əməkdaş və tərəfdaşlara münasibətdə etik davranışa, eləcə də işçi heyətinə investisiyalara diqqət yetirir. Şirkətlərin lider mövqeyi və məşhurluğu kimi faktorlar arxa plana keçir, - "Computerworld yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL